Çörək ağacı – Хлебное дерево – Artocarpus communis və ya A. altilis. Tut Moraceae fəsiləsindəndir. Vətəni Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əhalinin qidasında mühüm əhəmiyyətə malikdir.
Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mürəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməyəndir. Meyvəsi kulinariyada tərəvəz kimi bişirilmiş halda istifadə olunur. Bəzən onu torpağa basdırıb pendir kimi fermentləşdirdikdən sonra yeyirlər.
Tərkibində 16,8-17,9% karbohidrat, 1,3-1,5% zülal, 0,9% minerallı maddələr, 0,2-0,3% yağ, 22 mq% C, 0,2 mq% B1, 0,04 mq% B2, 0,02 mq% b-karotin, 422 mq% kalium, 36 mq% fosfor vardır. 100 qr-ı 76 kkal və ya 323 kCoul enerji verir. 13-140C-də, 85-90% nisbi rütubətdə 15-20 gün saxlamaq olar.
Dostları ilə paylaş: |