Feyxoa – Фейхоа – Feyjoa Sellowiana Berg. Mərsin (Myrtaceae) fəsiləsindəndir. Feyxoa əsasən Krımın cənubunda, Qafqazın Qara dəniz sahillərində, Suxumidə, Astara rayonunda becərilir. Feyxoa təzə halda, mürəbbə, kompot, marmelad, nalivka (meyvə arağı) və karamel içliyi hazırlanmasında istifadə edilir. Feyxoa müalicəvi əhəmiyyətə malikdir. Aşağı temperaturda 5 gündən 30 günə qədər saxlanılır. Tərkibində 80% su, 7% şəkər, 1,7% turşu (alma turşusu), şəkərlərdən 4% saxaroza, 2,5% qlükoza, fruktoza vardır. Feyxoa C vitamini və yodla zəngindir. Yayılmış sortlardan Andre, Ətirli Nikitin, tezyetişən Krım sortlarını göstərmək olar.
Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-li, 10E №-li, 2E №-li və 12E №-li sort tipidir. Feyxoa keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna bölünür. 1-ci sorta aid meyvələrin ən böyük en kəsiyi 30 mm-dən, 2-ci sorta aid olanlar isə 18 mm-dən az olmamalıdır.
1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-ci sortda 10%-dən çox olmamalıdır.
Dostları ilə paylaş: |