İnnabın müalicəvi xassələri. Xalq təbabətində innabın yarpağından, qabığından və meyvəsindən istifadə edilir. Innab meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin müalicəsində, eləcə də yumşaldıcı, tonusqaldırıcı və sidikqovucu kimi tətbiq olunur. O, həmçinin, həzm orqanlarının işini yaxşılaşdırır. Innab meyvəsi həm də qan təzyiqini nizamlayır. Nəticədə baş və ürək nahiyəsində ağrı kəsilir və qanda xolesterinin miqdarı azalır. Hipertoniya xəstəliyində gündə 3 dəfə yeməkdən sonra 20 innab meyvəsi yemək və müalicəni 3 ay davam etdirmək məsləhət görülür.
İnnab yarpaqlarında 1020 mq% C vitamini, həm də şirin və acı dadı hiss edən reseptorları keyləşdirən maddə vardır.
Dostları ilə paylaş: |