Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə138/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   134   135   136   137   138   139   140   141   ...   386
Kumkvat – КумкватFortunella marqaritae. Sədo­kimilər (Rutaceae) fəsiləsindəndir. Vətəni cənubi-şərqi Çin və Hindi-Çindir. Ölçüsünə görə sitrus meyvələrinin ən xırdamey­vəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 q olur. Forması yum­ru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-na­rıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır. Dadına görə por­tağalı xatırladır. Ən çox yayılmış sortlarından Nagami və Meibanı göstərmək olar. Tərkibində 14,5% karbohidrat, o cüm­lədən 10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% mi­nerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir), 38 mq% C vitamini, 0,09 mq% B1, 0,08 mq% B2, 0,21 mq% b-karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir. Qan təzyiqini aşağı salır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin