Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Limonun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə146/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   142   143   144   145   146   147   148   149   ...   386
Limonun müalicəvi xassələri. Limon xalq təbabətində bir çox ölkələrdə geniş miqyasda istifadə olunur. Limondan sinqa, sarılıq, qarın boşluğuna su yığılmasında, böyrək daşları, babasil, vərəm, qarın xəstəlikləri, revmatizm, podaqra və radikulitdə istifadə olunur. Limon şirəsindən qızdırma və titrətmədə, hipertoniyada, avitaminozda və aterosklerozda da geniş istifadə edilir.

Limon şirəsindən dərinin göbələk xəstəliyində, ekzemada qaşınmanı sakitləşdirmək və üz dərisinin yağının kənar edil­mə­sində, üzdəki çillərin və piqmentləşmiş ləkələrin yox edilmə­sində istifadə edilir. Bu məqsədlə 1 yumurta ağını davamlı köpük əmələ gələnədək çalıb 1 ədəd limon şirəsi, 1 çay qaşığı qliserin və 0,5 stəkan odekolon əlavə edib xüsusi losyon hazırlanır və yatmazdan əvvəl üz həmin losyonla silinir. Yağlı üzü 1:1 nisbətində limon şirəsi ilə odekolonu qarışdrıb silmək məsləhət görülür. Ayağın tərləməsində limon turşusu, fol tur­şusu və timoldan hazırlanan vanna qəbul edilir. Yay vaxtı tər­ləmiş sifəti limon dilimi ilə silmək məsləhətdir. Limon şərbəti və efir yağı əczaçılıqda dərmanların dadını və iyini yaxşılaş­dırmaq üçün əlavə edilir. Limon anginada və avitaminoz xəstəliklərində çox faydalıdır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin