Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Portağalın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə156/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   152   153   154   155   156   157   158   159   ...   386
Portağalın müalicəvi xassələri. Portağal tibbi və sənaye əhəmiyyətli bitkidir. Onun meyvəsindən alınan şirə dünyada geniş yayılan, çox faydalı içki hesab edilir. Təzə dərilmiş meyvəsinin lətində və ya ondan alınan şirədə 70%-ə qədər şəkər, 5-6%-ə qədər limon, alma turşuları və başqa üzvi tur­şular, pektin, mineral duzlar, boyayıcı maddələr, C, B1, B2 vita­minləri və karotin vardır. Buna görə də, portağalın şirəsi avi­taminoz xəstəliklərinin müalicəsində çox faydalıdır. Meyvəsi fitonsidlərlə zəngin olduğu üçün bir sıra irinli yaraları onunla sağal­dırlar. Şirəsi mədənin həzm prosesini yaxşılaşdırır, işta­hanı artırır. Xroniki qəbizlik keçirən xəstələrə portağal yemək məs­ləhət görülür. Bundan əlavə portağal hipertoniya, atero­skleroz, qaraciyər xəstəliklərinin müalicəsində də çox fay­dalıdır.

Lakin mədə xorası və onikibarmaq bağırsağın xəstəli­yində, qastritdə, mədə şirəsinin turşuluğunun yüksək olmasında və bağırsaqların iltihab prosesləri pozulduqda portağal yemək məsləhət görülmür. Belə hallarda portağal şirəsi yarıbayarı su ilə qarışdırılmalıdır. Portağalın tərkibində kalium və C vitamini çox olduğundan hipertoniyada, aterosklerozda, qaraciyər xəstəliyində, piylənmədə və podaqrada istifadə etməyə imkan verir.

Məişətdə qurudulmuş portağal qabığından güvəyə qarşı istifadə olunur. Bu məqsədlə üst geyimləri olan dolaba 1-2 portağalın quru qabığı qoyulur. Bu məqsədlə portağal qabığı ilə mixək birlikdə daha effektlidir.

Portağalın qabığında olan turşular müxtəlif bakteriyalara öldürücü təsir göstərir. Təbii antibiotik olan bu maddə tibbdə, kosmetikada və yeyinti sənayesində müvəffəqiyyətlə tətbiq oluna bilər. 1 litr südə 1-2 damcı portağal qabığının şirəsini əlavə etdikdə bir neçə həftə xarab olmur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin