Yapon əzgili – Мушмула японская – Eriobothrya japonica Lind.Gülçiçəklilər (Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir. Meyvələri şirəli, turşa-şirin, açıq narıncı və ya sarı rəngdə, diametri 3 sm-ə qədər, bəzi mədəni sortlarda 10 sm-dir. Daxilində bir neçə iri toxumları var. Vətəni Çin və Şimali Hindistandır. Meyvəsindən təzə halda istifadə olunur, kompot, mürəbbə, marmelad, pastila, povidlo hazırlanır. Toxumlarından qəhvə əvəzediciləri hazırlanır. Şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Yapon əzgili toxumları ilə, mədəni sortları isə calaq etməklə artırılır. Müalicəvi xassələri dəqiqləşdirilməlidir.