Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Arpanın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə16/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   12   13   14   15   16   17   18   19   ...   386
Arpanın müalicəvi xassələri. Arpa dənində bakteri­ya­lara öldürücü təsir edən maddələr, əsasən qram-müsbət mikro­or­qanizmlər tapılmışdır. Arpa şəkəri yuxarı nəfəs yollarının iltihabi xəstəliklərində, öskürək və xırıltıda tətbiq olunur.

Arpa dənindən hazırlanan həlim yumşaldıcı, qarqaraedici xassəyə malikdir, mədə-bağırsaq xəstəliklərində və kəskin öskürək zamanı istifadə olunur.

Selikvarı həlim aşağıdakı kimi hazırlanır: 20 q arpa dəni 1 stəkan suda 4-5 saat saxlanılır, sonra 10 dəqiqə bişirilir və süzülür. Gündə 4-6 dəfə 1 xörək qaşığı qəbul edilir.

Dərinin iltihabında və döşgəlmə xəstəliyində arpa səmə­ni­sindən təpitmə hazırlanır. Arpa səmənisi hazırlamaq üçün arpa dəni cücərmək üçün müvafiq şəraitdə nəm şəkildə sax­lanılır. Cücərmiş dənlər qurudulur və xırdalanır. Bəzən dərinin çox hissəsi xəstələndikdə arpa səmənisindən hazırlanmış vanna qəbul edilir. Uşaqlar üçün 0,5 kq, yaşlılar üçün 1-1,5 kq səməni götürülür. Arpa səmənisi 30 dəq. 2-3 litr qaynamış suda sax­lanılır, süzülür və vannaya əlavə edilir.

Arpa səmənisinin sulu məhlulunu (2-3 xörək qaşığı arpa səmənisi unu 1 litr suda saxlanılır) şərbət və ya şəkərlə şirin-ləşdirib gündə 5-6 dəfə yarım stəkan içilir. Bu, orqanizmdəki iltihaba qarşı, öskürəyi yumşaldıcı amil kimi, eləcə də mədə-bağırsaq xəstəliklərində, böyrək və sidik yolları xəstəliklərində istifadə olunur. Arpa səmənisi ekstraktından diabetə qarşı istifadə olunur və bu qanda şəkərin miqdarını bir qədər azaldır. Ekstraktı qurudulmuş arpa səmənisindən hazırlayırlar. Belə ekstraktdan uşaqların qidasında da istifadə etmək olar. Arpa sə­mənisi ekstraktı südə qatılıb uşaqlara verilir. Südəmər uşaqlara vermək üçün arpa yarmasından həlim hazırlanır. 1 çay qaşığı yarma 1 stəkan suda 20-30 dəq. qaynadılır, süzülür və uşaqlara içirdilir.

Arpadan antibiotik kimi istifadə olunan qordesin mad­də­sinin alınması üsulu da işlənmişdir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin