Artritin (oynaq iltihabı) qarşısının alınması Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaqlarındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanmaya) səbəb olan revmatik artrit keçirmək riskini azaldıır.
Sümüyün inkişafına kömək etməsi Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin, sümük mineralizasiyasını (mineralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mineral yığımı olmayanda sümük yumşalması kimi ciddi problem əmələ gəlir. Bu baxımdan, zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.