Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə17/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   13   14   15   16   17   18   19   20   ...   386
Bostan paxlası Овощные бобы – Vicia Faba L. Paxlalılar (Leguminosales) fəsiləsinə aid olan birillik bitkidir. Qədimdən, Dəmir və Bürünc dövründən əkilib-becərilir. Bostan paxlası qidalılıq dəyərinə görə bütün tərəvəzlərdən üstündür. Tərkibində quru maddəyə görə 35%-ə qədər zülal, 55% karbohidrat vardır. Paxlanın zülalı əvəzolunmaz aminturşuları ilə zəngindir. Tərkibində C, B1, B2, PP və karotin (provitamin A) vardır. Əsasən sous, şorba və konservləşdirmək üçün isti­fadə olunur. Azərbaycanın bir çox bölgələrində paxla – şüyüd plov hazırlanır. Paxlanın toxumlarından alınan un çörəyə qa­tılır. Lakin podaqra xəstəliyindən əziyyət çəkənlərə paxladan ha­zırlanmış xörəklərdən və konservlərdən istifadə etmək məs­ləhət görülmür, çünki tərkibində purin əsaslı maddələr nisbətən çoxdur. Paxlanı çiy və yarımbişmiş halda istifadə etmək məs­ləhət görülmür. Tərkibində isti emal zamanı parçalana bilən toksiki maddələr vardır. Ədəbiyyatlarda paxla ilə zəhər­lən­mələrə rast gəlinir. Bunun əlamətləri başağrısı, tez-tez qusma, rəngin saralması və sidiyin bozarmasıdır. Sidiyin bozarmasına səbəb qırmızı qan kürəciklərinin parçalanmasıdır. Paxla ilə zəhərlənmə müşahidə edildikdə tezliklə həkimə müraciət etmək lazımdır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin