Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Günəbaxan – Подсолнечник –



Yüklə 9,53 Mb.
səhifə174/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   170   171   172   173   174   175   176   177   ...   386
Günəbaxan – ПодсолнечникHelianthus annuus L. Günəbaxanın vətəni Şimali Amerikadır. Aborigenlər avro­palılar gələnə qədər orada günəbaxanı becərirdilər. Günəbaxan toxumlarını qidalarında istifadə edir, yağını saçlarına çəkirdilər. Avropada günəbaxan ilk dəfə XVI əsrin əvvəllərində ispanlar tərəfindən Madrid botanika bağında becərilmişdir. Qərbi Avropa ölkələrində günəbaxan bir neçə yüz illər bəzək bitkisi kimi əkilirdi. Günəbaxan Rusiyaya I Pyotrun vaxtında gəti­rilmiş və 10 illərlə bəzək bitkisi olmuşdur. XIX əsrin birinci yarı­sının sonunda Saratov quberniyasında kəndli Bokaryev günə­baxan bitkisi əkib ilk dəfə onun toxumundan yağ almışdır. Tezliklə günəbaxan Rusiyanın mərkəzi və cənub rayonlarında yayılmağa başladı. XX əsrin əvvəllərindən günəbaxan Ru­siyada geniş miqyasda becərilməyə başlandı və hazırda bitki yağları içərisində əsas yer tutur.

Günəbaxan yağının qidalılıq dəyəri onun kimyəvi tərkibi ilə müəyyən olunur. Günəbaxan yağının qliseridləri palmitin, stearin, araxidon, liqnoserin, oleinlinol turşularından təşkil olunmuşdur. Yağdan başqa günəbaxan toxumlarında 13,5-19,1% zülal, 23,9-26,5% karbohidrat,

2%-ə qədər futin və 1,5% aşı maddəsi vardır. Günəbaxan ya­ğından müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Rafinadlaşdırılmış günəbaxan yağından təkcə aş­bazlıqda deyil, həmçinin, marqarin, balıq və tərəvəz konservləri istehsalında da istifadə edilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin