Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Küncütün müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə179/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   175   176   177   178   179   180   181   182   ...   386
Küncütün müalicəvi xassələri. Tibbdə küncüt yağından inyeksiya məhlullarının və xaricə sürtmək üçün məlhəmlərın və plastırların hazırlanmasında istifadə olunur. Küncüt yağı trombositlərin sayını artırır və qanın laxtalanmasını sürətlən­dirir. Ona görə də küncüt yağından babasil diatezlərinin və Verlqof xəstəliyinin müalicəsində (1 xörək qaşığı gündə 3 dəfə) istifadə olunur. Xalq təbabətində küncüt yağı soyuqdəymədə, xroniki öskürəkdə və zökəmdə ən yaxşı vasitədir. Belə hallarda hər səhər 1 xörək qaşığı küncüt yağı içmək məsləhət görülür. Küncüt yağı mədə-bağırsaq xəstəliklərində, işlətmə dərmanı kimi, böyrək və böyrəkdaşı xəstəliklərində, daxili qanax­ma­larda və eləcə də qurdqovucu vasitə kimi içilir. Küncüt yağı xaricə sürtmək üçün də istifadə olunur. O, dərini yumşaldır, qa­şınma və ağrıları sakitləşdirir. Küncüt yağı ilə yanıqlar və dəri iltihabı müalicə olunur. Soyuqdəymədə sinənin dərisini, bağır­saq pozuntularında qarın nahiyəsinin dərisini, diş ağrılarında isə dişin dibini küncüt yağı ilə masaj edirlər.

Müalicəvi məqsədlə küncütün yarpaqlarından da istifadə olunur. Təzə yarpaqlar və ya yarpaqların əzintisindən alınan sıyıq dərinin iltihablı yerlərinə təpitmə kimi qoyulur. Yar­paq­ların əzintisi süddə bişirib yaraların üstünə qoyulur. Yar­paqdan alınmış və yaxşı isidilmiş kütlədən bağırsaq ağrılarında qarına, padaqrada isə oynaqlara təpitmə qoyulur. Yarpaqlarını sirkədə isladıb qoturluğu müalicə edirlər. Çin təbabətində küncüt to­xum­larından tonuslandırıcı və soyuqdəyməyə qarşı vasitə kimi, eləcə də zəhərlənməyə qarşı istifadə edirlər.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin