Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Sidr qozunun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə184/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   180   181   182   183   184   185   186   187   ...   386
Sidr qozunun müalicəvi xassələri. Sibir fəth edilən dövrün əvvəllərindən yerli xalq təbabətində sidr qozundan istifadə olunurdu. Lakin sidr qozundan istifadə olunması bun­dan da əvvəllər məlum olmuşdur. Hələ Ibn-Sina bəzi xəstə­liklərin müalicəsində sidr qozunun nüvəsindən və meyvə qabığından istifadə etməyi məsləhət görürdü. Sidr nüvəsini balla və ya yüngül şərabla (orqanizmin ümumi «təmizlənməsi» vasitəsi kimi, eləcə də daşlardan və yaralardan azad olmaq üçün) yeməyi məsləhət görürdü. Hazırda sidr qozundan hazırlanan tinkturadan istifadə olunur. Belə tinkturanı gündə 3 dəfə 1 xörək qaşığı, duz mübadiləsinin pozulması ilə əlaqədar olan oynaqların revmatizmində, podaqrada, artritdə qəbul edir­lər. Tinkturanı hazırlamaq üçün sidr qozunu qabığı ilə birlikdə əzib üzərinə səthindən 5-6 sm yuxarı olmaqla araq tökülür, bir həftə saxlanılır, sonra süzülür. Bəzən sidr qozunun yalnız qabığından suda tinktura hazırlanır.

Sidr qozunu və budağını sinqa əleyhinə istifadə edirlər. Budaqların tərkibində 250-350 mq% C vitamini, K və karotin olduğundan vitaminli içki hazırlamaq üçün qiymətli xam­maldır. Cavan budaqları və qabığında 0,42-1,49% efir yağı vardır. Bundan ətriyyatda istifadə olunur.

Sidr ağacından alınan qatranlı şəffaf şirə kedr balzamı, kanifol, skipidar və digər qiymətli məhsullar almaq üçün əsas xammaldır. Böyük Vətən müharibəsində sidrdən alınan qatranlı şəffaf şirədən yaraların və yanıqların müalicəsində, xüsusilə bal­dırın kəskin yaralanması zamanı müvəffəqiyyətlə istifadə et­mişlər. Bu üsullardan xalq təbabətində də istifadə olunur.

Şərqi Sibirdə, Uzaq Şərqdə, Kamçatkada, Saxalində kol bitkisi Stlanes Sidr yetişir. Onun qozu (nüvəsi), həmçinin, qida üçün istifadə olunur. Tərkibindəki yağ sidr qozundakı yağdan fərqlənmir. Zərif budaqları vitamin mənbəyidir. Xalq təba­bətində revmatizm zamanı ondan vanna qəbul edirlər. Yaraların və əzilmiş yerlərin müalicəsində xaricə sürtmək üçün istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin