Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə185/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   181   182   183   184   185   186   187   188   ...   386
Şabalıd – КаштанCastanea Sativa Mill. Fıstıq (Fagaceae) fəsiləsinin şabalıd cinsinə mənsubdur. Şabalıd cinsinin 14 növündən respublik ada birinə rast gəlinir. Şabalıd Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur.

Şabalıd aprel-mayaylarında yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çox ətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3 ədəd və daha çox olur. Şabalıdın meyvəsi oktyabr-noyabrda yetişir. Meyvəsi tikanlı qərzəkdir. Yetişəndə qərzək ayrılır və içində iki və üç ədəd şabalıd olur. Bunlar yarpaq və ya oval şəklindədir. Yumru formada olanları çox azdır. Meyvənin üst qabığı tünd və ya açıq darçını, şabalıdı rəngdədir. Şabalıd meyvəsinin üst qabığının altında nazik, pənbəli yumşaq örtük vardır. Bunun altında ağ, şirin, iki hissəli ləpə yerləşir.

Şabalıd 20-25 illiyindən meyvə verir. Yaşama müddəti 100-150 ildir. 1000 illik şabalıd ağacları mövcuddur. Yüksək məhsul 2-3 ildən-bir olur. Azərbaycanın meşələrində və bağlarında bitən şabalıdın bir çox müxtəlif formaları vardır.

Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% C, 0,18 mq% B1 vitamini vardır.

Şabalıdı qovurduqda dadı və ətri yaxşılaşır. Azər­bay­canda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazır­lanmasında), aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur. Qurudulmuş şabalıddan alınan un, başqa ölkələrdə çörəyə və qənnadı məmulatına qatılır. Ondan qəhvə əvəzediciləri və spirt də istehsal edirlər.

Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də yarpaqlarından çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər.

Şabalıd təzə halda çox az yeyilir (əsasən bişirilmiş, qovrulmuş və şəkərlə şirələnmiş yeyilir). Şabalıdı çox yemək məsləhət görülmür, çünki o, bağırsaqların köpməsinə səbəb ola bilər. Qənnadı sənayesində marsipan, tort, pirojna, şokolad və digər məmulatların hazırlanmasında istifadə olunur. Aşpazlıqda daha çox plovların, quş ətinin qiymələnməsində, küftə-bozbaş, kələm dolması və digər xörəklərin hazırlanmasında istifadə olunur. Quru nüvəsini üyüdüb çörəyə qatıb bişirirlər. Ondan, həmçinin, qəhvə əvəzediciləri və spirt alınır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin