Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə208/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   204   205   206   207   208   209   210   211   ...   386
Boranı (qabaqcıq ya göy qabaq) – Кабачки – Cucurbita var. giraumontia. Qabaqkimilər(Cucurbitaceae) fəsiləsindən birillik bitkidir. Qabağın kal formalı növüdür. Ağımtıl-yaşıl rəngdə, nazik qabıqlı və silindr şəklində olan bu qabaq kal (7-10 günlük) dərilir. Ondan qızardılmış, qiymə­lənmiş və həmçinin, göy qabaq kürüsü hazırlamaq üçün isifadə edilir.

Tərkibində 4,9% quru maddə, o cümlədən 2,55% şəkər, 0,55% zülal, 0,13% yağ, 0,2% üzvi turşu, 0,8% sellüloza və 0,5% mineral maddə və 15 mq% C vitamini vardır. Göy qabağın tərkibində 240 mq% kalium, 0,4 mq% dəmir, 0,6 mq% PP, 0,03 mq % B1, 0,03 mq % B2, 0,11 mq% B6 vitaminləri və 0,03 mq% karotin (provitamin A) vardır.

Ən çox yayılmış sortlarından Yunan, Qribov-37, Odessa-52, Sote-38 qabaqcıqlarıdır.

Standart üzrə göy qabaq kal, təzə, təmiz, bütöv, yaşıl rəngli və ya zolaqlı, müxtəlif formalı, səthi hamar və ya azca qabırğalı, ətliyi bərk, dolu, uzunluğu 12-20 sm, toxumları kal olmalıdır.

Cavan göy qabağın dadı və tamı xoşagələn olub or­qa­nizmdə yaxşı mənimsənilir. Göy qabağı uşaqların gündəlik qidasına, sağalmaqda olan, eləcə də qida həzmi ilə problemləri olan xəstələrin qida rasionuna əlavə etmək məsləhət görülür.

Yaxşı həzm olunduğuna və kaloriliyinin azlığına görə (100 q-ı 27 kkal enerji verir) göy qabaq arıqlamaq istəyənlər üçün pəhriz qidasında kütləvi surətdə istifadə olunan tərəvəzdir. Aralıq dənizi ölkələrinin mətbəxində daha çox istifadə olunur. Bu xörəklərdən ən məşhuru «Ratatuy»-dur. Qiymələnmiş göy qabaq Provans əhalisinin ən kütləvi qidasıdır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin