Çovdarın müalicəvi xassələri. Xalq təbabətində çovdarın sünbülü və gülündən hazırlanan həlim və tinkturalardan nəfəs yollarının xəstəliklərində istifadə olunur. Çovdar kəpəyindən hazırlanmış həlim bəlğəmgətirici, yumşaldıcı vasitə kimi bronxit və traxeit xəstəliklərində istifadə olunur. Yaralara süddə isladılmış çovdar çörəyi qoyulduqda tez sağalır. Ilıq çovdar xəmirindən yumşaldıcı təpitmələr hazırlanır.
Çovdar unundan hazırlanan çovdar, çovdar-buğda çörəkləri pəhriz qidalanmasında, o cümlədən, şəkər xəstəliyində, kökəlməyə meyilli olanlar və yaşlılar üçün daha çox istifadə olunur.
Dostları ilə paylaş: |