Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə211/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   207   208   209   210   211   212   213   214   ...   386
Cincar, gicitkənКрапива двудомная – Urtica dioica L. Gicitkən (Urticaceaei) fəsiləsindəndir. Dünya florasında gicitkən cinsinin 40-a qədər növü yayılmışdır. Bun­lardan Azərbaycanda 3 növü rast gəlinir və respublikanın bütün bölgələrində yetişir. Bu növlərdən ən geniş yayılmışı dalayan və ya ikievli gicitkəndir. Bu bitkinin latınca adı «yandırmaq, dalamaq» mənasındadır. Gicitkənin yarpaq və gövdəsi içərisi silisium və qarışqa turşusu ilə dolu sıx tüklərlə əhatə olun­muşdur. Bitkiyə toxunduqda həmin tüklər asanlıqla qırılır. Bu zaman orqanizmə silisium və qarışqa turşusu qarışığından ibarət yandırıcı maye daxil olur.

Gicitkən çoxillik ot bitkisidir. Şaxəli kökləri və dördkünc yerüstü gövdəsi, qarşı-qarşıya düzülmüş tünd yaşıl yarpaqları vardır. Yaşıl rəngli xırda çiçəkləri budaqlarının qoltuğunda sünbül şəklində toplanmışdır. Bitki iyun ayından başlayaraq sentyabra kimi çiçəkləyir. Gicitkən, demək olar ki, Azər­bay­ca­nın bütün zonalarında yayılmışdır. Respubli-kamızın dağ-meşə rayonlarında gicitkənin sənaye əhəmiyyətli ehtiyatı vardır. Dərman məqsədilə bitkinin yarpaqlarını bütün yay fəslində toplayır, sonra açıq havada qurudurlar. Toplayıcılar iş vaxtı əlcək geyir və ya bitkinin yerüstü hissəsini dəryazla çalıb, sonra yarpaqlarını ayırırlar.

Gicitkən bitkisi qidalılığına görə paxlalı bitkilərdən heç də geri qalmır. Gicitkənin tərkibindən 20,8% protein, 2,5% yağ, 18% sellüloza, 30% azotsuz tərkibli şirə, 16,6 mq% kalium, kalsium və dəmir tərkibli mikroelementlər və 50 mq%-ə qədər karotinoid və s. maddələr tapılmışdır. Yaşıl yarpaqlarının tərkibində 2,5-5%-ə qədər xlorofill maddəsi vardır. Gicitkən vitaminlərlə çox zəngin olan dərman bitkisidir. Tərkibində 30 mq%-ə qədər karotin, 200 mq% C vitamini, 1 q-da 400 bioloji vahid K vitamini, B1 və B2 vitaminləri, xlorofil, urtisin qlü­kozidi, üzvi turşular, aşı maddələri və s. vardır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin