Daş kələm – Кольраби, капуста репная – B. dauiorapa L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Yeyilən hissəsi onun yoğun gövdəsidir. Formasına görə ağ yerköküyə oxşayır, dadı şirin, şirəli və zərif olub ağbaş kələmi xatırladır. Təzə halda qızardılır, bişirilir, həmçinin, qurudulur və dondurulur.
Tərkibində 86% su, 2,8% zülal, 7,4% şəkər, 0,5% nişasta, 0,9% sellüloza, 0,8% mineral maddə, 70 mq% C vitamini, mineral maddələrdən Na, K, Ca, Mg, P, Fe, vitaminlərdən B1, B2, PP, C və -karotin vardır. Sortlarından tutqun yaşıl rəngli Ağ Vyana, bənövşəyi rəngli Göy Vyana, gecyetişən açıq-yaşıl rəngli Qoliaf sortunu göstərmək olar.
Dostları ilə paylaş: |