Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə24/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   20   21   22   23   24   25   26   27   ...   386
Düyü (çəltik) – Рис - Oryza Sativa L . Taxıllar (Gramineae) fəsiləsinin Oryza cinsinə aid birillik və çoxillik bitkidir. 19 növündən ən çox yayılmışı mədəni növü olan Oryza Sativa L. daha çox yayılmışdır. Çəltik dənli bitki istehsalında buğda və qarğıdalı kimi əhəmiyyətə malikdir. Çəltik, xüsusən Çində, Koreyada, Birmada, Yaponiyada, Vyetnamda, Hin­dis­tanda və Pakistanda daha çox becərilir. Azərbaycanda bu bitki, əsasən Lənkəran-Masallı və Şəki-Zaqatala bölgəsində əki­lib-becərilir. Düyünün növ müxtəliflikləri içərisində respub­lika­mızda Hindistan və Yaponiya yarımnövləri becərilir.

Çəltik 2 üsulla becərilir – becar çəltiyi, yəni bataqlıqda becərilən və quraqlıqda becərilən dəmyə çəltik. Çəltik çox rütubətli və ya suvarılan torpaqlarda becərilir.

Çəltik forma və şüşəvarılığına görə 3 tipə və 7 yarımtipə ayrılır. Yarımtiplər aşağıdakılardır.

I yarımtipə Orta Asiya və Qazağıstanda yayılmış Arpa-şalı, Qazax-şalı sortları daxil edilir. Bunlar iridənli, enli, yastı və şüşəvarı olur.

II yarımtipə, əsasən Azərbaycanda becərilən sortlar aid edilir. Bunlar iridənli, enli, yastı və yumşaq dənlilərdir.

III yarımtip, ancaq Azərbaycanda becərilən uzun, nazik, şüşəvarı dənlərdir, bunlardan Sədr düyüsü geniş yer tutur.

IV yarımtipin uzundənli, enli, yarımşüşəvarı Ənbərbu, Azros-637 sortları Azərbaycanda yayılmışdır.

V yarımtipin yumrudənli, orta böyüklükdə, şüşəvarı Kendzo, Uzros-225, Krasnodar-3362 sortları geniş yayılmışdır.

VI yarımtipə dəni yumru, orta böyüklükdə, yarımşüşəvarı Sarı qılçaq, Uzros-269 Orta Asiya sortları aiddir.

VII yarımtip dəni yumru, kiçik, yumşaq sortlardan – Qırmızı, Hacı Əhməd və s. Orta Asiya sortlarıdır.

Bunlardan ən qiymətlisi və geniş yayılmışı, keyfiyyətli yarma çıxımı verən birinci üç yarımtipdir.

Düyünün (çəltiyin) tərkibində orta hesabla 55,2% nişasta, 7,5% zülal, 2,6% yağ, 0,9% şəkərlər, 9,0% sellüloza, 3,9% minerallı maddə, B1, B2 və PP vitamini vardır. Qeyd etmək la­zım­dır ki, birinci kəşf edilən B1 vitamini düyü (çəltik) kəpə­yində tapılmışdır. Düyü bəzi xalqların gündəlik qidasında əsas qida məhulu kimi istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin