Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Tikanlı kəvərin müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə246/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   242   243   244   245   246   247   248   249   ...   386
Tikanlı kəvərin müalicəvi xassələri. Xalq təbabətində tikanlı kəvərin qabığından alınan həlimdən əsəb xəstəliklərində, xüsusən də isteriyada istifadə olunur. Təzə tikanlı kəvər qabığını dişağrısında çeynəyirlər. Ondan alınmış tozvarı məh­suldan və həlimdən hazırlanmış islatmadan irinləyən və uzun müddət sağalmayan yaraların müalicəsində istifadə olunur. Eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, tikanlı kəvərin kökündən hazırlanan spirtli tinktura qandakı trom­bositlərin miqdarını artırır. Qanın müalicəsində tikanlı kəvər öz tətbiqini təsdiqləyib. Tikanlı kəvərin kökləri həm də allerqik xəstəliklərdə də faydalıdır.

Azərbaycanda yayılan tikanlı kəvər bitkisi Azərbaycan Tibb Universitetində hərtərəfli öyrənilmiş, onun meyvələrində çoxlu miqdarda yodun üzvi birləşməsi olduğu müəyyən edilmişdir.

Tikanlı kəvər meyvələrində çoxlu miqdarda yod bir­ləş­mələrinin olduğunu nəzərə alaraq, onlardan konservləş­dirilmiş şirə preparatı hazırlanmış və kliniki təcrübədə onun zob xəstəliyində müalicəvi təsiri ilk dəfə aydınlaşdırılmışdır.

Xalq təbabətində tikanlı kəvərin təzə dərilmiş mey­və­lərindən zob xəstəliklərində, babasildə, dizenteriyada və qara­ciyər iltihabında istifadə olunur.

Bəzi ədəbiyyatlarda kəvər ğöyərtisi kapers kimi tərcümə olunub. Bunlar ayrı-ayrı bitki olub müxtəlif fəsilələrə aid tərəvəzdir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin