Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə262/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   258   259   260   261   262   263   264   265   ...   386
Boranı (göy qabaq) əsasən qızardılmış, qiymələnmiş halda qidaya sərf olunur. Tərkibində kalium çox olduğundan ürək və böyrək xəstəliklərindən yaranan şişkinliklərdə (ödəmlərdə) ondan istifadə etmək məsləhət görülür. Çünki göy qabaq orqanizmdən artıq suyun çıxarılmasına kömək edir. Göy qabaq çiçəklərindən yaraların sağalması üçün istifadə olunur.

Qarpız – Арбуз – Citrullus vilgaris Schard. Qabaq­kimilər (Cucurbitaceae) fəsiləsinə aid birillik bitkidir. Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu toxumu olan yumşaq ətlikli meyvəli tərəvəzdir.

Qarpızın vətəni Cənubi Afrikadır. Bu günə qədər Ka­laxa­rinin yarımsəhralarında bu bitkiyə yabanı halda rast gəlinir. Qarpızın mədəni sortları ərəblərə və cuhudlara era­mızdan 1500 il əvvəl məlum idi. Qərbi Avropada qarpız XI-XII əsrlərdə, Ukraynada isə XVII əsrin ortalarında əkilməyə başlanmışdır. Azərbaycanda, əsasən Sabirabadda, Saatlıda, Abşeronda və digər bölgələrdə becərilir.

Qarpız təzə halda yeyilir. Tərkibində su çox olduğundan susuzluğu yaxşı söndürür. Qarpızın xırdameyvəli sortları duza qoyulur, qalınqabıq qarpızlardan mürəbbə və sukat (quru mürəbbə) hazırlanır. Qarpız şirəsini bişirib buxarlandırmaqla tərkibində quru maddəyə görə 89% şəkər olan qarpız «balı» bişirilir.

Qarpızdan duzlama üçün, qarpız balı və qarpız şərabı, habelə sukat istehsalı üçün istifadə edilir. Qarpızın tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu mad­dələr, 0,2% turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq% C, B1, B2 və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən ən çox rast gəlinəni fruktozadır ki, bu da onun şirinliyini artırır. Sukat hazırlamaq üçün qalınqabıqlı qarpızlardan istifadə edilir. Sortları bir-birindən formasına, iri-xırdalığına (ölçüsünə), üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin zərifliyinə görə fərqlənir. Iriliyinə və xırdalığına (ölçüsünə) görə iri, orta və kiçik ölçülərə ayrılır. Xırdaların diametri 15-20 sm, orta iri­lərdə 20-25 sm və irilərdə isə 25 sm-dən çox olur. Ətli hissə­sinin vəziyyətinə görə zərif, ağızda əriyən, xırda dənəli, boş, lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur. Yetişməsindən asılı olaraq aşxana sortları tezyetişən, orta və gecyetişən olur. Təyinatına görə 3 qrupa ayrılır: aşxana, yem üçün və sukat hazırlamaq üçün.

Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok, Don-39, Qalib-395, Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun sevimlisi, Duman və s.-ni göstərmək olar.

Medovka sortu xırda şarşəkillidir. Ölkəmizin əksər rayonlarında becərilir. Orta yetişənlərdən Ajinov, Boqaev mu­raşkası, Bıkov-22, Melitopol-60, 142, Özbək; gecye­tişən­lərdən Zolaqlı Həştərxan, Melitopol-143, Volqa-7, Biryuçekut-775 çox yayılmışdır. Bunlardan başqa, gecyetişənlərə Xant-kara (Özbəkistanda çox yayılmışdır) və Çit sortları daxil edilir.

Qabığının qalınlığına görə nazik, orta qalın və qalın olur. Ümumiyyətlə, qabığının qalınlığı 0,4-2,5 sm-ə qədər olur. Qalınqabıqlı qapız daşınma və saxlanma üçün daha əlverişlidir.

Melitopol sortu iri şarşəkilli, ətli hissəsi çəhrayı-qır­mızıdır. Üzəri cizgisizdir. Bunlar sortlaşdırılarkən yetişmə əla­məti, irili-xırdalığı nəzərə alınır.

Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabir­abad-53-88, Pyatiqorsk xutorunun sevimlisi və s. qarpız sortları yetişdirilir.

Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz, bütöv və sağlam, öz təsərrüfat-botaniki sortuna xas olan rəngdə ol­malı, eybəcər və xəstə olmamalıdır. 10% başqa sorta aid qar­pızların olmasına icazə verilir. Ən iri ölçülü qarpızın dia­metri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır. Qarpızların içərisində 8%-ə qədər yüngül zə­də­lənmiş, azacıq batıq və əyri formalı, sürtük, o cümlədən 3% kal və yaxud yetişib ötmüş qarpızlar ola bilər. Əzik, çatlamış və xəstəliklə zədələnmiş qarpızlar olmamalıdır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin