Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Qarpızın müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə263/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   259   260   261   262   263   264   265   266   ...   386
Qarpızın müalicəvi xassələri. Xalq təbabətində təzə qarpız və onun şirəsindən susuzluğu söndürmək üçün qız­dır­malı xəstələrə verilir. Bu məqsədlə qarpız tumundan 1:10 nisbətində hazırlanmış qarpız «südü»-ndən də istifadə edilir. Qarpız tumları döyülür (xırdalanır və ya üyüdülür) və soyuq suda ciddi qarışdırılıb süzülür. Bunun dadını yaxşılaşdırmaq üçün şəkər və ya meyvə şərbəti əlavə edilir.

Qarpız yaxşı sidikqovucu vasitədir. Onu ürək-damar sistemi və böyrək xəstəlikləri ilə əlaqəli şişlərdə məsləhət görürlər. Təzə qarpız qabığından hazırlanmış həlimdən də sidikqovucu kimi istifadə olunur. Qaraciyərin xəstəliklərində qarpız şirəsi təkcə orqanizmdən artıq suyun çıxarılmasını deyil, həm də qaraciyər toxumalarını asan həzm olunan şəkərlərlə təmin edir. Təzə qarpız olmadıqda xalq təbabətində sidik­qo­vucu vasitə kimi qurudulmuş qarpız qabığından alınan həlim­dən istifadə olunur. Həlim 1:10 nisbətində hazırlanır. Qarpız qabığından həm də uşaqlarda rast gəlinən yoğun bağırsağın iltihabında (kolitdə) istifadə olunur.

Qarpızın tərkibindəki sellüloza faydalı mikroor­qa­nizm­lərin fəaliyyətini yaxşılaşdırır, qida həzminə kömək edir və orqanizmdən xolesterini çıxarır. Qarpızdakı C vitamini və fol turşusu (B9 vitamini) skleroza qarşı təsir göstərir. Qarpızdan qanazlığında, öd kisəsində və sidik yollarındakı daşın tökülməsində də istifadə olunur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin