Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə267/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   263   264   265   266   267   268   269   270   ...   386
Patisson – ПатиссонCucurbita var. Patisson. Qabaq­kimilər (Cucurbitaceae) fəsiləsindəndir. Birillik bitkidir, yastı-girdə formada, kənarları diliklidir. Başqa sözlə, patissona boşqababənzər qabaq da deyilir. Rəngi açıq yaşıldan ağımtıl yaşıla qədər olur. Yetişib ötmüşlər ağ süd rəngindədir. Yeyil­mək üçün 3-5 günlük patissonlardan istifadə edilir. Yetişib ötmüşlər kobud ətlikli və iri toxumlu olduğundan qida üçün yararsızdır.

Patissonun tərkibində 4,3% şəkər, 2% azotlu maddə, o cümlədən 0,6% zülal, 1,3% sellüloza, 0,6% pektin maddəsi, 0,1% üzvi turşu, 0,7% mineral maddə, 23-40 mq% C vitamini, 0,25 mq% PP, 0,04 mq% B2, 0,03 mq% B1 və karotin (A provitamini) vardır.

Aşpazlıqda suxari və yağ ilə bişirilmiş, qızardılmış və qiymələnmiş patissondan istifadə edirlər. Suda bişirilmiş patissonun dadı yaxşı olur. Həmçinin, patissonu ət qiyməsi ilə doldurub (özək hissəsini çıxarıb ət qiyməsini oraya doldururlar) – patisson dolması - bişirirlər.

Patissonu konservləşdirir və sirkəyə qoyurlar. Konserv­ləşdirilmiş və sirkəyə qoyulmuş patisson uyğun formada hazır­lanmış xiyarı əvəz edir.

Geniş yayılmış sortlarından ağ, tezyetişən ağ və sarı yastı patissonları göstərmək olar.

Patissonun ən böyük diametrinin ölçüsü 10 sm-dən çox olmamalıdır. Konservləşdirmək üçün isə diametri 6-8 sm, çəkisi isə 80-100 q olan patissonlar götürülməlidir. Patissonun meyvəsi zərif qabıqlı, şirəli və ətli hissəsi bərk, toxumları kal olmalıdır.



Pərpərən (pərpətöyün) – Портулак –
Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin