Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Adi zirə – Тмин обыкновенный – Carum Carvi L



Yüklə 9,53 Mb.
səhifə286/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   282   283   284   285   286   287   288   289   ...   386
Adi zirə – Тмин обыкновенный – Carum Carvi L. Çətirçiçəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik və ya ikiillik ot bitkisinin (Carum Carvi L.) ikitoxumlu mey­vəsidir. 30 növündən Azərbaycanda 3 növünə təsadüf edilir. Əsasən Ukraynada, Qafqazda, Belorusda, Şərqi və Qərbi Sibirdə, Uzaq Şərqdə və Orta Asiyada becərilir. Azərbaycanda sənaye əhəmiyyətli plantasiyaları yoxdur, lakin yetişir və xalq arasında ədviyyə bitkisi kimi istifadə edilir.

Meyvəsi tam yetişdikdən sonra yerə töküldüyündən, əsasən tam yetişməmiş halda yığılır. Bitki biçilir, qurudulur və döyülür. Meyvəsinin uzunluğu 3-6 mm, eni isə 1-2 mm-dir.

Hündürlüyü 30-80 sm-ə çatan ikiillik bitkidir. Göv­də­sinin üzərində sıra ilə düzülmüş uzunsov lələkvarı yarpaqları vardır. Yerüstü gövdəsinin başında ağ rəngli xırda çiçəkləri çətir şəklində düzülmüşdür. Meyvəsi bir-birinə yapışıq halda iki dənədən ibarətdir. Meyvəsinin xoş iyi və dadı vardır. Zirə meşə zonalarında yabanı halda bitir. Azərbaycanın subalt çə­mən­lərində dağ zirəsinə daha çox təsadüf olunur. Zirə xoşa­gələn ətirli bir bitki kimi Abşeron kəndlərində çoxdan bəri be­cərilir və dərman məqsədilə istifadə olunur. Meyvələrini ye­tişən dövrdə toplayır, quru binalarda və ya günəş altında qurudub tədarük məntəqəsinə təhvil verirlər.

Meyvəsinin tərkibində 3-7% efir yağı, 22% piyli yağ və 25%-ə qədər zülal maddəsi vardır. Efir yağının tərkibinin 50-60%-ni karvon adlanan ətirli maddə təşkil edir.

Meyvənin rəngi boz-sarımtıl, dadı kəskin yandırıcı acı ədviyyəlidir. Nəmliyi 12%, zibil qatışığı 2%, zədələnmiş və yetişməmiş meyvələri 12%-dən çox olmamalıdır. Zirə kisələrdə və tarasız daşınır.

Zirədən çörəkçilikdə, qənnadı sənayesində, pendir isteh­salında, kələmin turşudulmasında, likör-araq sənayesində isti­fadə olunur. Zirədən alınan efir yağı likör-araq, ətriyyat və tütün­çülük sənayesində, həmçinin, təbabətdə işlədilir. Efir yağı­nın antibakterial xassələri vardır. Dərmanların ətirləndiril­mə­sində də istifadə edilir. Balverən bitkidir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin