Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Boymadərən – Тысячелистник



Yüklə 9,53 Mb.
səhifə296/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   292   293   294   295   296   297   298   299   ...   386
Boymadərən ТысячелистникAchillea milleo­lium L. Mürəkkəbçiçəklilər (Compositae) fəsilənsindən olan, 40-120 sm hündürlükdə çoxillik ot bitkisidir. 200-ə qədər növündən Azərbaycanda 14 növü yayılmışdır. Gövdəsi düz, yarpağı neştərşəkilli, çiçəkləri ağ, sarı və ya çəhrayı, çiçək sə­bətcikləri qalxanvarıdır. Meşə talası, çəmən və çay kənarında bitir. Bitki iyun-iyul aylarında çiçək açır və bu dövrdə xoş ətir qoxuyur. Qiymətli ətirli bitki olduğundan Ukraynada sənaye əhəmiyyətli plantasiyaları salınmışdır. Azərbaycanın, demək olar ki, bütün rayonlarında boymadərən bitkisinə təsadüf edilir.

Boymadərən çiçəklərində 0,2-0,5% efir yağı vardır. Efir yağının 8-10%-i sineol, L-borneol, -pinen, L-limonen azulen maddəsindən ibarətdir. Boymadərənin tərkibində anti­bio­tik xassəli maddələr, qatran, aşı maddəsi, alkaloidlər (axillein, betonitsin, staxidrin), C vitamini, K vitamini, karotin, üzvi turşular, xolin maddəsi vardır. Boymadərən xalq təba­bətində işlədilən qədim dərman bitkisidir. Onun çiçəkli baş his­sə­lərindən çay kimi dəmləyib daxili qanaxmalarda qankəsici vasitə kimi qədimdən istifadə edilir. Çiçək və yarpaqlarından boy­madərən arağı çəkilib xalq təbabətində ağrıkəsici, işta­haartırıcı, həzmedici dərman kimi içilir. Boymadərən arağını şərbətə qatıb içirlər. Boymadərəndən acı nastoyka (spirtli içki) və likörlərin hazırlanmasında da istifadə edilir. Azərbaycanda boymadərənin ehtiyatı çox olduğundan onun tədarükünə və sənayedə istifadəsinə ciddi fikir verilməlidir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin