Çödükotunun müalicəvi xassələri. Çödükotunun dərman vasitəsi kimi istifadə olunması onun tərkibindəki efir yağlarının, aşı maddələrinin, üzvi turşuların, kamedlərin, diosmin flavonidinin və issopin qlikozidinin olması ilə əlaqədardır. Çödükotundan hazırlanmış tinktura sidikqovucu və köp əleyhinə, çödükotundan hazırlanan məhlul və həlimlər isə həm də yarasağaldan xassəyə malik olduğundan islatma kimi və gec sağalan yaraları yumaq məqsədilə tətbiq olunur. Ağızdakı və boğazdakı iltihabı proseslərdə, eləcə də səsin tutulmasında çödükotu həlimi ilə qarqara etmək məsləhət görülür. Çödükotu həlimi qəbul etdikdə tərləmə sekresiyası orqanizmdə nizama düşür.
Xalq təbabətində ondan bəlğəmgətirici, astmaya qarşı, mədə-bağırsaq xəstəliklərində, yarasağaldıcı və eləcə də, tonusqaldırıcı vasitə kimi istifadə edilir.
Dostları ilə paylaş: |