Darçının müalicəvi xassələri. Darçın qədimdən orqanizmi gücləndirən və möhkəmləndirən vasitə kimi, xüsusən uzun sürən ağır xəstəlikdən sonra istifadə olunmuşdur. Darçını təkidlə qidanın həzmini yaxşılaşdırmaq üçün məsləhət görürdülər. Darçın iştahanı artırır, bağırsaqların yüksək peristaltikasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və bağırsaqlardakı ağrıları sakitləşdirir. Bu günə qədər Qərbi Avropa ölkələrində darçından ishala və mədənin pozulmasına qarşı, xüsusilə mədə şirəsinin yüksək turşuluğundan asılılığı ilə əlaqədar istifadə edirlər. Darçın həm də yaxşı qankəsici vasitədir. Onu bütün daxili qanaxmalarda, xüsusən də uşaqlıq qanaxmalarına qarşı təyin edirlər. Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur. Bir çox ölkələrdə darçın Dövlət Farmakopeyasına daxil edilib. Homeopatiyada Seylon darçını qabığının daxili hissəsindən hazırlanan tinkturadan istifadə olunur.