Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Kəklikotunun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə321/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   317   318   319   320   321   322   323   324   ...   386
Kəklikotunun müalicəvi xassələri. Təbabətdə kəklik­otundan mədə-bağırsaq xəstəliklərində, tənəffüs yollarının ilti­habında, diş ağrılarında, dezinfeksiyaedici, eləcə də qurd­salıcı dərman kimi geniş istifadə olunur.

Bundan əlavə, kəklikotu öskürəyə, xüsusən göy öskürəyə qarşı «pertusin» adlı mürəkkəb preparatın tərkibində verilir. Efir yağından zəif konsentrasiyalı spirtli məhlul şəklində qarqara etmək üçün, eləcə də dəri xəstəliklərində xarici dezin­feksiyaedici sürtmə dərmanı kimi istifadə edilir. Vanna qəbul etdikdə kəklikotundan ətirli vasitə kimi istifadə olunur. Res­publikamızda yayılmış kəkliotunun elmi cəhətdən öyrənil­məsi və tibbi məqsəd üçün istifadə edilməsi zəruridir.

Kəklikotu efir yağında olan timol yandırıcı dada, xüsusi ətrə və güclü antiseptik təsirə malikdir. Tibdə timoldan ağızın və boğazın selikli qişasının dezinfeksiyası üçün, dərinin göbələk xəstəliklərində, qurdqovucu vasitə kimi və bağırsaq­lardakı qıcqırma proseslərini (meteorizmi) yatırmaq üçün istifadə olunur. Kəklikotunda efir yağından (0,6%) başqa acı və aşı maddələri, saponinlər, flavanoidlər, kamedlər, qatranvarı maddələr, mineral duzlar və üzvi turşular vardır.

Kəklikotu yarpaqlarından hazırlanan duru ekstrakt öskü­rək tutmasını və onu yumşaldan pertussin preparatının tərkibinə daxildir. Bunu göy öskürək və bronxitdə gündə 3-4 dəfə 1 xörək qaşığı, uşaqlara isə 1/2 çay qaşığından 1 desert qaşığına qədər (yaşdan asılı olaraq) verirlər. Bronxit, bronxoektaz və ağciyərin iltihabında bəlğəmgətirici və dezinfeksiyaedici vasitə kimi gündə 4-6 dəfə 1 xörək qaşığı qəbul etmək məsləhət görülür. Bu nastoy və həlimlər 15-20 q kəklikotundan 1 stəkan suda hazırlanır.

Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini yaxşılaşdıran və bağırsaqlarda yaranan köp zamanı yeməkdən qabaq qəbul edirlər. Tərgətirici vasitə kimi birdəfəyə 2 stəkan qaynar kəklikotu dəmləməsi içmək məsləhət görülür. Başağ­rılarına, yuxusuzluğa, radikulit və əsəbə qarşı gündə 3-4 dəfə 1 xörək qaşığı kəklikotu dəmləməsi içmək məsləhət görülür. Radikulit, miozit və artritdə tünd kəklikotu tinkturası (1:3) və ya buxarlandırılmış kəklikotu həlimi ilə günəbaxan yağı (1:4) qarışığından hazırlanmış məlhəmdən qıcıqlandırıcı və ağrı­kəsici vasitə kimi istifadə olunur.

Kəklikotu dəmləməsi və həlimi ilə ağız boşluğu qarqara edilir, dəridəki yaralara islatma qoyulur. Revmatizm və dəridəki səpkilərə qarşı kəklikotu dəmləməsindən vanna qəbul olunur. Bu məqsədlə 10 litr suya 50 q quru kəklikotu götürülür.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin