Qızılgülün müalicəvi xassələri. Ətirli su olan qızılgül suyu (gülab) xalq təbabətində malyariya xəstəliyi zamanı xaricə sürtmək üçün istifadə edilir. Qızılgül mürəbbəsi isə qanazlığında qüvvətverici və mədənin həzm prosesini yaxşılaşdırıcı vasitə kimi işlədilir.
Qızılgül yağı ətriyyatda ən baha qiymətli ətirlərin, odekolonların və pomadaların tərkibində geniş istifadə edilir. Elmi təbabətdə qızılgülün çiçəklərindən nadir hallarda qızılgül suyu və qızılgül yağı şəklində bəzi dərmanların ətrini və dadını yaxşılaşdırmaq üçün istifadə edilir.
Qızılgüldən bir sıra müalicəvi əhəmiyyətli məhlullar hazırlanır.
Dostları ilə paylaş: |