Mərci – Чечевица – Ervum Lens Culinaris Medic. Paxlalılar (Leguminosales) fəsiləsinə aid birillik ot bitkisidir. Vətəni Cənubi-Qərbi Asiyadır. Mərci cinsinin 5 növündən 4-ü yabanıdır. 2000 il əvvəl yeyinti məhsulu kimi yunanlar və romalılar tərəfindən istifadə olunmuşdur. “Qurani-Kərim”də adı çəkilən yeganə paxlalı bitkidir. İritoxumlu boşqababənzər mərci qiymətli qida məhsuludur. Tərkibində 21,3-35,8% zülallar, 40-56% nişasta, 2,6-3,1% şəkərlər, 3% dekstrin, 2,4-7,5% yağ, 3,5-5,2% sellüloza, 2,6-3,6% mineral maddə vardır. Qılafının rənginə görə tünd yaşıl, açıq yaşıl, boz, qəhvəyi, tünd narıncı və s. olur. Şimal və cənub mərcisi olmaqla iki tipə ayrılır.
Mərcidən kulinariyada geniş miqyasda istifadə olunur. Ondan mərci şorbası, mərci-plov və digər xörəklər hazırlanır. Tərkibində zülal çox olduğundan ətin əvəzedicisi kimi qida rasionuna daxil edilir.
Dostları ilə paylaş: |