Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Çay dəminin soyuduqdan sonra



Yüklə 9,53 Mb.
səhifə377/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   373   374   375   376   377   378   379   380   ...   386
Çay dəminin soyuduqdan sonra

bulanıqlaşmasının mahiyyəti
Çayın rənginin əmələ gəlməsinə və intensivliyinə onun tərkibindəki aşı maddələri, o cümlədən tanin, katexin, kofein və digər maddələr təsir göstərir.

Çayın tərkibindəki aşı maddələrinin əsasını tanin təşkil edir. Aşı maddələrinin miqdarı yaşıl çay fleşində quru maddəyə görə 11,5-30%, quru çayda isə emalından asılı olaraq 5-20%-ə qədərdir.

Son zamanlar Sun Tea Azerbaycan çay paketləmə fab­rikində çəkilib-bükülən çayların əsasını Hindistan və Seylon çayları təşkil etdiyindən onları dəmləyərkən kəskin tünd dəm alınır. Həmin çay dəmi soyuduqdan sonra bulanıqlaşır. Bu is­teh­lakçılar arasında düzgün olmayan fikrin yaranmasına səbəb olmuşdur. Guya çaya boya maddələri qatılır və həmin çaylar so­yuduqda bulanıqlaşır. Iş burasındadır ki, çay tanini (C22H18O10) doymuş məhlulda rəngsiz iynəvarı kristallar əmələ gə­tirir. Kristallar soyuq suda pis, isti suda isə yaxşı həll olur. Azərbaycan və Çin çaylarında taninin miqdarı Hindistan və Seylon çaylarına nisbətən azdır. Odur ki, əsasını Hindistan və Seylon çayları təşkil edən Final Maryam çaylarının dəmlənib soyumuş çay məhlulunda tanin kristallaşdığından soyuq çay dəmi şəffaflığını itirir, bulanıqlaşır, lakin üzərinə təzə qaynadılmış su tökdükdə çayın rəngi dərhal parlaq qırmızı olur, şəffaflaşır və dadı bərpa olunur. Lakin çay dəmlənib soyuduğu üçün onun əvvəlki ətri artıq yaxşı hiss olunmur. Ona görə də çayı lazım olduqca dəmləyib 30-35 dəq ərzində içmək lazımdır. Çay dəmi bir müddət qaldıqda səthində nazik yağa­bənzər təbəqə əmələ gəlir, bu çaynikin və stəkanın divarlarında ləkə qoyur. Buna səbəb yenə də kristallaşmış çay tanini və çayın tərkibindəki digər üzvi birləşmələrdir. Çayın tərkibində efir yağları vardır. Tədqiqatlar göstərmişdir ki, çayın ətrini və buketini təşkil edən uçucu maddələrin tərkibində 80-dan çox üzvi uçucu birləşmə vardır. Həmin maddələrin bir qismi çay dəmləndikdən sonra aşı maddələri ilə birləşib çay dəminin səthində qaymaqlanır və çay soyuduqda ona bulanıqlıq verir. Hindistanın məşhur Assam çayının dəmi soyuduqda kəskin bulanıq qaymaqlaşma əmələ gətirir, sanki çaya süd əlavə olunmuşdur. Bu proses çay dəminin qaymaqlaşmasıdır və çayın yüksəkkeyfiyyətli olmasını sübut edir. Ona görə də çayı lazım olduqca dəmləyib 30-45 dəq ərzində içmək lazımdır.

İstehlakçılar tam əmin ola bilərlər ki, Sun Tea Azer­baycan çay paketləmə fabrikində qara məxməri çaylar çəkilib-bükülən zaman heç bir boya maddəsindən istifadə olunmur və bu Beynəlxalq Standartların tələbinə uyğun deyil. Fabrikdə istehsal olunan çaylar Beynəlxalq Standart olan ISO 9000 və 9001 tələblərinə cavab verir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin