Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Çin cır limonu – Лимонник китайский – Schizandra chinensis (Turcz.) Baill



Yüklə 9,53 Mb.
səhifə378/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   374   375   376   377   378   379   380   381   ...   386
Çin cır limonu – Лимонник китайский – Schizandra chinensis (Turcz.) Baill. Bu cır limon (Schizandraseae) fəsiləsinə aid hündürlüyü 8 m-ə qədər sarmaşan kol bitkisidir. Yarpaqları qırmızı saplaqlı, çiçəkləri ətirli ağdır. Meyvələri salxım­şəkilli qırmızı, şirəli, şarformalı ikitoxumlu giləmey­vədir. Daxilində iki ədəd böyrəkşəkilli toxumu var. Toxumları Sarı rəngdədir. May-iyunda çiçəkləyir, sentyabr-oktyabrda yetişir. Bitkinin bütün orqanlarında efir yağı var və əzdikdə limon iyi verir. Yabanı halda bu bitki Mancuriyanın iriyarpaq meşələrində, eləcə də Uzaq Şərqdə qarışıq meşələrdə, çay və göl qırağında rast gəlinir. Bəzən bağlarda əkilir. Çin cır limonu xüsusi dərman bitkiləri ilə ixtisaslaşan təsərrüfatlarda becərilir.

Çin cır limonunun tərkibində 2,0%-ə qədər üzvi turşular (limon, alma, şərab) və 10% şəkər vardır. Ona görə də gilə­meyvələri özünəməxsus turş dada malikdir. Çin cır limonunun tərkibində mineral duzlar, 250-580 mq% C vitamini var. Toxu­munda 33,8% yağ və qatranvarı maddələr vardır. Gös­təri­lən­lər­dən başqa meyvələriin tərkibində 0,3%-ə qədər, toxumlarında isə 1%-ə qədər xoş ətirli efir yağı vardır.

Çin cır limonunun meyvələri becərilən əsil limon kimi xoş ətirli iyə malikdir. Yerli əhali çin limonundan kisel hazırlamaq üçün istifadə edir. Yarpaqlarından alınan şirədən tamlı qida əlavələri hazırlanır. Ondan şərbət, mors, karamel üçün boya maddəsi hazırlanır. Ətirli qabığını (zoğlarını), nazik budaqlarını və yarpaqlarını limon əvəzinə çayı əlavə edirlər. Ondan, həmçinin, xiyarı duza qoyduqda və ət xörəkləri üçün tamlı qatma kimi istifadə olunur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin