Vələmirin müalicəvi xassələri. Xalq təbabətində vələmirdən qədimdən istifadə edilir. Diockorid vələmir dənindən kompresslər üçün, ondan hazırlanan sıyıqdan ishala, selikvarı duru məhsuldan öskürəyə qarşı istifadə etmişlər. Müasir dövrdə də vələmirdən müalicəvi məqsədlə geniş miqyasda istifadə edilir.
Vələmirdən alınan həlim balla birlikdə qüvvətli qida kimi zəifləmiş xəstələrə və vərəm əleyhinə verilir. Mədə-bağırsaq xəstəliklərində vələmirdən alınan kiseldən çulğalama xassəsi kimi istifadə edilir. O, hətta zəif mədə yumşaldıcısı kimi də tətbiq olunur. Vələmir otundan hazırlanan sulu tinktura tərgətirici, sidikqovucu və hərarətsalıcı kimi də istifadə olunur. Yaşıl vələmirin spirtli tinkturası tonusqaldırıcı, zehni yorğunluq, əsəb pozğunluğu və yuxusuzluqda tətbiq olunur. O, həm də siqaretdən imtina etmək məqsədilə məsləhət görülür. Təzə vələmir küləşindən hazırlanan vannanın revmatizm, oynaqların iltihabı, belağrısı (lümbaqo), dəmrov, ekzema və digər dəri xəstəliklərində qəbul edilir. Yuyunmaq üçün 1:10 nisbətində həlim hazırlanır. Ayağın kəskin tərləməsinə qarşı vələmir küləşindən palıd qabığı ilə birlikdə hazırlanmış həlimlə vanna edilir. Homeopatiya üsulu ilə müalicədə vələmirin təzə cücərtilərindən hazırlanan cövhərdən istifadə olunur.
Dostları ilə paylaş: |