Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə48/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   44   45   46   47   48   49   50   51   ...   386
Armud – Груша домашняя – Pyrus domestica Medic. Armud Gülçiçəklilər (Rosaceae) fəsiləsindən­dir, 30-dan çox növü vardır. Bu armudun ən çox yayılmış növlərindən Rus, Qafqaz, Ussuriya, Çin, söyüdyarpaqlı və kirkan armudunu gös­tərmək olar. Azərbaycanda ən çox Qafqaz meşə armudu, bəzi rayonlarda isə söyüdyarpaqlı armud (Şabran, Şirvan, Cənubi Qarabağ meşələrində) və Kirkan armudu (məsələn, Talışda) yetişir. Qafqaz armudu Böyük və Kiçik Qafqaz dağlarının meşələrində böyük sahələri tutur. Armud eramızdan 1000 il əvvəl Yunanıstanda mədəni halda becərilmişdir. Lakin bəzi təd­qiqatçılar tərəfindən armudun Qafqazda daha əvvəllər məlum olduğu qeyd edilir.

Yabanı armud aprelin axırlarında çiçəkləyir. Çiçək­ləri ağdır. Yarpaqları ilə birlikdə əmələ gəlir. Meyvələri payızda yetişir (6-10 yaşından bar verir). Hər ağacın 10-40 kq və daha çox meyvəsi olur. Tumları ilə çoxalır. Yabanı armud ağacının 50-80 il, bəzən 150-300 il ömrü olur. Mey­vələri armudu, yumru və konusvarı olur. Rəngləri yaşıl, sarı, bəzən qırmızımtıl ya­naqlı və yaxud pas ləkəlidir. Saplağı armudun özündən uzun­dur. Ətliyində çoxlu daşlaşmış toxumalar vardır. Dadı şirin, turş və ya meyxoşdur. Yabanı armud meyvəsinin formasına, rənginə, dadına və başqa xassələrinə görə müxtəlif formalar yaradır. Beş hissədən ibarət meyvə yuvasının hər birində 1-2 ədəd boz və ya parlaq qara rəngli toxumu olur. Meyvələr də­rildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir.

Armudun tərkibində orta hesabla 81-84% su, 6,2-18,7% şəkər, 0,1-0,5% turşu, 0,1-0,3% pektin maddəsi, 0,3-0,6% mi­neral maddələr, 0,02-0,17% aşı maddəsi, 0,9% sellüloza, ya­banı sortlarda 12-21 mq% və mədəni sortlarda 3-17 mq% C vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-3,7% qlükoza və 0,4-2,6% saxaroza vardır. Üzvi turşulardan limon və alma turşusu rast gəlnir.

Yabanı armudun tərkibində 6-13% şəkər (əsasən, qlü­koza və fruktoza), 0,12-0,19% (bəzən 1,3%-ə qədər) üzvi tur­şu (alma və limon) , azotlu, aşılayıcı və rəngləyici, pektinli və mineral maddələr, karotin, C və B1 vitamini vardır. Toxumunda 12-21% yağ olur.

Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas, meyvə şərabı, sirkə və s. məhsulların istehsalında istifadə edilir. Yabanı armudun tərkibində 4%-ə qədər pektinli maddə oldu­ğundan, ondan povidlo, sukat, marmelad, pastila, karamel üçün içlik və eləcə də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş tumları qəhvənin, qurudulmuş meyvəsi isə çayın əvəzedicisi kimi işlədilir.

Armudun oduncağı ağır, elastiki, qırmızı-qonur rəngli olub, yaxşı parlaqlaşdırıla bilir. Ondan keyfiyyətli mebel, mu­siqi alətləri və bir çox məmulat hazırlanır. Armudun oduncağı yaxşı qatlanır və çatlamır.

Armud, həmçinin, balverən bitki kimi də məşhurdur. Çi­çəklərinin pis ətri olmasına baxmayaraq, bahar fəslində arılar üçün yaxşı nektar və çiçək tozcuğu mənbəyi hesab edilir. Ar­mudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı rəngli boyaq (parça üçün) alınır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin