Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə52/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   48   49   50   51   52   53   54   55   ...   386
Ərik – Абрикос Armeniaca vulgaris Lam. Gül­çi­çəklilər (Rosaceae) fəsiləsindəndir. Ərik cin­sinin 10 müxtəlif yabanı forması vardır ki, bunun da 3 növü – adi, Sidir və Mancuriya əriyi daha çox yayılmışdır. Bu növlərdən adi ərik daha çox yayılmış və təcrübəvi əhəmiyyətə malikdir. Adi ya­banı ərik Orta Asiyada və Qafqazda bitir. Əriyin vətəni Tyan-Şan dağlarıdır. Orta Asiyada, Iran və Qafqazda daha çox becərilir.

Adi ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılır. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqustda yetişir. Meyvələri birçə­yirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir.

Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən, sa­xa­roza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B1 və B2 vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar quru­mayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1-3% miq­darında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məq­sədlərilə işlədilmir.

Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat, ka­ramel üçün içlik və şərab hazırlanır, həmçinin, qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qatranlardan isə yapışqan (kley) hazırlanır. Balverən bitki kimi az məş­hur­dur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli calaq materialı hesab edilir. Mədəni sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır.

Uzun müddət saxlamaq üçün ərik konservləşdirilir, dondurulur, qurudulur.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin