Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Heyva – Айва – (Cydonia oblonga Mill)



Yüklə 9,53 Mb.
səhifə62/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   58   59   60   61   62   63   64   65   ...   386
Heyva – Айва – (Cydonia oblonga Mill). Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000 ildir ki, məlumdur. Yabanı halda ən çox Şərq yarımkürəsində daha çox bitir. Böyük Qafqazın şərq hissəsində, Mərkəzi Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda dünyanın bir çox ölkələrində becərilir.

Azərbaycanda heyvanın yabanı formaları çoxdur. Lakin bunlar az öyrənilmişdir. Heyvanın az öyrənilməsi onun mey­vəsinin az qiymətləndirilməsidir. Lakin heyvanın təsərrüfat əhəmiyyəti böyükdür.

Heyva may ayında çiçəkləyir. Çiçəkləri iri ağ və çəhrayı olur. Ətirlidir. Meyvəsi sentyabr-oktyabrda yetişir. Heyvanın yabanı formaları xırda olmaqla, uzun müddət saxlandıqda ətri yaxşılaşır. Meyvələri yumru, uzunsov və armud şəklində, rəngi yaşıl, açıq və ya tutqun sarı olur. Meyvənin üstü boz, tünd sarı və ya tünd qəhvəyi rəngli pənbə ilə örtülüdür. Ətliyi ağ və ya sarımtıl, əvvəlcə bərk, lakin qalıb yetişdikcə yumşalır. Ətliyində daşlaşmış bərk toxumalar vardır. Dadı şirin, turşa-şirin və gər (büzüş­dürücü) olur.

Toxum yuvası beşdir. Içərisində boz və ya qara-darçını rəngli toxumlar yerləşir. Toxumlar lığablıdır (yağlı-horralıdır).

Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14% qlükoza, 6,27% fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi turşu (alma, limon), 0,35-1,25% aşılayıcı maddə, 0,27-0,45% pektinli maddə, 0,51-0,85% minerallı maddə, o cümlədən 30 mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% C vitamin və karotin vardır. Heyvanın, əsasən qabıq hissəsində toplan­mış enant-etil və pelarqon-etil efiri onun ətrini əmələ gətirir.

Heyvadan bişirilmiş halda (bəzən külləmə forma­sında) istifadə edirlər. Heyvanın meyvəsi marmelad, jele, povidlo, sukat, mürəbbə, kompot, cem hazırlamaq üçün qiymətli xam­mal­dır. Heyvanın ətri daha kəskin olduğundan, alma və ar­muddan hazırlanan məhsullara xoş dad və ətir vermək üçün ondan bir qədər qatılır.

Azərbaycanda heyvadan bir çox xörəklərin hazırlan­ma­sında istifadə edilir (ət və quş xörəklərinə qarnir kimi, qiy­mə­lənmiş heyvanın hazırlanmasında, kələm dolmasının yanında və s.).

Heyva sobada və suda bişirilmiş halda qidaya sərf olu­nur. Çünki çiy halda heyva çox gec (bəzi məlumatlara görə 14 saata) həzm olunur. Heyvadan ət və quş xörəklərinə qarnir kimi istifadə olunur, bir çox mili xörəklər hazırlanır və tamlı qida məhsulu kimi kulinariyada iştahaartırıcı və həzmedici vasitə hesab edilir. Heyva püresinə ədviyyat qatmaqla sərbəst xörək və müxtəlif xörəklərə qatma kimi istifadə olunur. Heyvadan ətirli və qidalı mürəbbə, cem, kompot, jele, marmelad, sukat və digər qənnadı məmulatı hazırlanır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin