Bağ çiyələyinin müalicəvi xassələri. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəkdaşı xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edirlər. Çiyələk, eyni zamanda orqanizmin maddələr mübadiləsinə kömək edir və həzmi yaxşılaşdırır, qaraciyərin və öd kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoza qarşı da yaxşı təsir göstərir.
Xalq təbabətində bağ çiyələyinin meyvəsindən qanazlığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər. Çiyələyin qurudulmuş yarpaqlarından isə moruq meyvəsi ilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərdə tərlədici və hərarəti aşağı salan dərman kimi işlədirlər.
Dostları ilə paylaş: |