Gəndalaşın müalicəvi xassələri. Elmi təbabətdə gəndalaşın qurudulmuş çiçəklərindən 6 q 200 ml suda çay kimi dəmləyib, soyuqdəymələrdə tərlədici və nəfəs yollarının iltihabını aradan qaldırıcı dərman kimi xörək qaşığı ilə qəbul edirlər. Bundan əlavə qara gəndalaşın çiçəkləri “Tərlədici çayın” və “Yumşaldıcı yığıntının” tərkibində də işlədilir. Çiçəklərindən çay kimi dəmləyib, boğaz ağrılarında, ağız nahiyəsində və diş ətində iltihab olan vaxtı, eləcə də anginada qarqara dərmanı kimi də istifadə edilir.
Qurudulmuş meyvələrindən xalq təbabətində firni (kisel) xörəyi formada preparat hazırlayıb, yüngül işlətmə dərmanı kimi körpə uşaqlara yedirdirlər. Təzə dərilmiş meyvələrindən və şirəsindən avitaminozda mürəbbə şəklində qüvvətverici və iştahartırıcı kimi istifadə edilir.
Dostları ilə paylaş: |