Qarağat – Смородина – Daşdələnkimilər (Saxifragaceae) fəsiləsinə mənsub olub qırmızı (Rubes rubrum L.) və qara qarağat (Rubes nigrum L,) qrupuna ayrılır. Qarağatın 140 növündən ən əhəmiyyətlisi qara və qırmızı qarağatdır.
Qara qarağat – Смородина черная – Ribes niqrum L. Daşdələnkimilər (Saxifragaceae) fəsiləsindən kol bitkisidir. Meşəliklərdə və çaybasar nəm yerlərdə geniş yayılmışdır. Qiymətli olduğu üçün, sənaye əhəmiyyətli bitki kimi becərilir.
Qara qarağat yabanı halda şimalda və cənubun dağlıq meşələrində geniş sahələrdə bitir. Qara qarağat may-iyunda çiçəkləyir. Çiçəkləri ağ-çəhrayı və ya boz-çəhrayıdır. Meyvələri iyul-avqustda yetişir. Meyvələri yumru, tünd qara, bəzən boz-qara rəngli, qabığı bərk və içində balaca toxumları vardır. Yetişib ötmüş meyvələr yerə tökülür. Dadı turş, iyi ətirli olur. Meyvələrinin qabıq hissəsində qızılı-sarı rəngli efiryağlı vəzciklər olur. Ət hissəsində içə çoxlu toxumları yerləşir. Meyvəsindən dərman məqsədilə istifadə olunur. Belə ki, becərilən və eləcə də yabanı halda yayılan qarağatın meyvələrini yetişən vaxt toplayır, toplayan kimi təzə-təzə vitaminli şərbətə çevirirlər və ya xüsusi sobaların üzərində qurudurlar. Meyvələrindən başqa, son illərdə yarpaqlarından və tumurcuqlarından da istifadə olunur. Yarpaqlarını vitaminli yığıntı üçün, tumurcuqlarını isə spirtdə konservləşdirib yeyinti sənayesinə vermək üçün istifadə edirlər. Qarağatın təzə dərilmiş meyvəsinin tərkibində 100-400 mq% C vitamini, eləcə də P vitamini vardır. Bundan əlavə, meyvəsində 2,5-4%-ə qədər üzvi turşular, az miqdarda efir yağı, şəkər, pektin maddələri də müəyyən edilmişdir. Yarpaqlarının tərkibində 250 mq% C vitamini vardır.
Tərkibində 10-16% şəkər, 2,6-3,9% turşu (alma, limon, şərab), 1% pektinli maddə, aşılayıcı və rəngləyici maddələr, karotin, P, B1 və C vitaminləri vardır. C vitamini 400 mq%-dir. C vitamininin miqdarına görə yalnız itburnudan geri qalır. Minerallı maddəsinin tərkibində kalium, kalsium, natrium, maqnezium, dəmir, fosfor, manqan və s. vardır.
Qara qarağatdan şirə, mors, kompot, mürəbbə, çiy mürəbbə, cem, povidlo, marmelad, müxtəlif qənnadı məmulatı hazırlanır. Yarpaqlarında C vitamini çox olduğundan ədviyyəli bitki kimi xiyar, pomidor və kələm şorabalarında istifadə olunur. Yarpaqlarda fitonsidlər olduğundan tərəvəzin daha yaxşı qalmasını təmin edir. Qara qarağatdan şərab və likör da hazırlanır. Qara qarağatın yarpaqlarından duza və şorabaya qoyduqda istifadə edirlər. Yarpaqlarındakı fitonsidlər tərəvəzlərin yaxşı qalmasına kömək edir.
Dostları ilə paylaş: |