Qırmızı qarağatın müalicəvi xassələri. Qırmızı qarağat şirəsi susuzluğu yaxşı söndürür. Giləmeyvələri və şirəsi iştahanı artırmaq üçün ən yaxşı vasitədir. Eyni zamanda, qırmızı qarağat bağırsağın fəaliyyətini fəallaşdırır və daimi qəbizlikdə istifadə oluna bilər. Şirəsi tərlədici təsirə malik olduğundan soyuqdəymə zamanı təyin olunur. Qırmızı qarağat şirəsi orqanizmdən turş sidik duzlarını çıxarır.
Qırmızı qarağata kimyəvi tərkibinə görə yaxın olan ağ qarağat da eyni bioloji təsirə malikdir. Lakin onun tərkibində vitaminlər nisbətən azdır. Məsələn, əgər insanın gündəlik C vitamininə olan tələbini ödəmək üçün 150 q qırmızı qarağat yetərlidirsə, ağ qarağatı 6-7 dəfə çox yemək lazımdır.
Dostları ilə paylaş: |