Qırmızımeyvəli quşarmudunun müalicəvi xassələri. Meyvələrindən avitaminozun profilaktikasında və müalicəsində istifadə olunur. Qurudulmuş meyvələri «vitamin yığıntısı» adlanan çay içkilərinin tərkibinə qatılır və ayrıca çay kimi dəmlənib içilir. C və P vitaminin yaxşı nisbəti ondan aterosklerozun, hipertoniya xəstəliyinin müalicəsində və profilaktikasında istifadə etməyə imkan verir.
Xalq təbabətində qırmızı quşarmudu yüngül yumşaldıcı vasitə, sidikqovucu və qankəsici kimi, eləcə də ağciyər və yel (revmatizm) xəstəliklərində tətbiq olunur. Bu məqsədlə qurudulmuş meyvələrdən hazırlanan tinkturadan istifadə edilir. Qış mövsümündə təzə hazırlanmış və ya şəkərlə ayrılmış şirədən gündə bir neçə dəfə qəbul etmək daha yaxşıdır. Quşarmudu şirəsi həm də babasil xəstəliyində yaxşı vasitə hesab olunur. Təzə meyvələrindən və yarpaqlarından alınmış həlimlə xənazır (sıraca) xəstəliyini müalicə edirlər.
Dostları ilə paylaş: |