Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Sarı böyürtkən – Морошка –



Yüklə 9,53 Mb.
səhifə108/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   104   105   106   107   108   109   110   111   ...   386
Sarı böyürtkən – МорошкаRubus chamaemorus L. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən sürünən kökü, dikda­yanan gövdəli, beş və ya yeddidilimli dairəvi yarpaqları, yaxşı inkişaf etmiş beşləçəkli iri ağ çiçəkləri olan çoxillik ot bit­kisidir. Meyvəsi mürəkkəb, narıncı-sarı və daxilində 20-yə qədər kiçik toxumları olan mürəkkəb giləmeyvədir. May-iyunda çiçəkləyir, meyvəsi iyul-avqusta yetişir. Bu şaxtaya davamlı bitki Rusiyanın Avropa hissəsinin şimal bölgələrində, Sibirdə, Uzaq Şərqdə daha çox rast gəlinir. Torflu bataq­lıqlarda, bataqlıqlı meşələrdə və hətta tundrada bitir.

Şirin giləmeyvəsinin tərkibində 3% şəkər, 1%-ə qədər limon turşusu, 4%-ə qədər sellüloza, aşı maddəsi, 30 mq% C vitamini və digər bioloji fəal maddələr vardır. Qidaya təzə, bişirilmiş və isladılmış (моченые) halda istifadə olunur. Ondan mürəbbə, cem, jele, muss, şirə, hətta şərab hazırlanır. Təzə gilə­meyvəsini şəkərlə konservləşdirib (çiy mürəbbə) uzun müddət sərin yerdə saxlamaq olar. Daşımaq üçün tam yetişməmiş meyvələr yararlıdır.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin