Qara meyvəli quşarmudunun müalicəvi xassələri. Qara meyvəli quşarmudu və onun şirəsi iştahanı artırır, mədə şirəsinin turşuluğunu və həzmedici gücünü artırır. O, mədə şirəsinin turşuluğunun azlığı ilə müşayiət olunan qastritli xəstələr üçün faydalıdır.
Son illər müəyyən olunmuşdur ki, təzə giləmeyvə və onun şirəsi hipertoniya xəstəliyində qan təzyiqini aşağı salır. Kliniki təcrübə nəticəsində qan təzyiqi yüksək olanlara gündə 3 dəfə 100 q giləmeyvə və ya 50 q şirə qəbul etmək məsləhət görülür. Görünür qara meyvəli quşarmudunun belə müalicəvi təsiri onun tərkibindəki P və C vitaminlərinin – citrinini daha yaxşı həzm olunmasını təmin etməsidir. Vitamin sənayesi qara meyvəli quşarmudu həbləri (50 mq) istehsal edir. Bu həblər askorbin turşusu ilə birlikdə hipertoniya xəstəliyinin müalicəsində, həmçinin, müxtəlif qanaxmalarda və diatezdə tətbiq olunur. Lakin qanın yüksək laxtalanması zamanı bu, əks təsir göstərir.
Yaşlılara 3-4 həftə ərzində gündə 3-4 həb (hər dəfə yeməkdən əvvəl 1 ədəd), uşaqlara isə 2-3 həb qəbul etmək məsləhət görülür. Belə dozada və həmin xəstəliklərdə vitamin P və C vitamini kompleksləri ilə qara meyvəli quşarmudu drajelərini qəbul etmək lazımdır.
Elmi-Tədqiqat Vitamin Institutunda qara meyvəli quşarmudundan qida üçün və bioloji fəal boya maddəsi alınmışdır ki, onun da tərkibində 6,5% P vitamini vardır. Bu zərərsiz boya maddəsindən qənnadı və vitamin sənayesində, eləcə də meyvəli suların istehsalında istifadə olunan sintetik boya maddələrinin əvəzedicisi kimi istifadə olunur.
Dostları ilə paylaş: |