T O Z V A R I M Ə H S U L
Xalq təbabətində bəzən bitkilərin qurudulmuş təzə yarpağından, qabığından və kökündən istifadə olunur. Ona görə də, qurudulmuş bitki hissələri həvəngdəstədə və ya qəhvəüyüdəndə toz halına salınır, ələnir və bu şəkildə daxilə qəbul edilir və yaxud da yaraların üzərinə səpilmək üçün istifadə olunur.
M Ə L H Ə M
Müalicəvi bitkilərin tozundan ev şəraitində xalq təbabəti reseptləri əsasında xaricə sürtmək üçün məlhəm (maz) hazırlanır. Həmin tozvarı məhsulu vazelin, donuz piyi, kərəyağı və ya bitki yağı ilə qarışdırırlar.
Belə məlhəmi günəbaxan, pambıq, qarğıdalı və yaxud digər bitki yağlarında hazırlamaq daha məqsədəuyğundur. Çünki heyvan yağında hazırlanan məlhəmlər tez xarab olur.
Dostları ilə paylaş: |