Ananasın müalicəvi xassələri. Təzə və konservləşdirilmiş halda yeyilir. Ananas şirəsində qeyd olunan maddələrlə yanaşı, ferment yığımı olan bromelin maddəsi vardır ki, bu da qidanın həzmini yaxşılaşdırır. Eyni zamanda, bromelin soyuqdəyməyə və şiş əlamətlərinə qarşı təsirə malikdir. Ananas şirəsi mədə-bağırsaq və böyrək xəstəliklərində istifadə edilir. Ananas, həmçinin, ürək-damar sistemi və böyrək xəstəliklərində, qanazlığında faydalıdır. Lakin nəzərə alınmalıdır ki, ananas şirəsi mədənin turşuluğunu artırır. Ona görə də mədə xorası, qastrit xəstəliklərində və mədə şirəsinin turşuluğu yüksək olduqda ananas şirəsi məsləhət görülmür. Ananas şirəsi sinqa əleyhinə də tətbiq olunur. Ananas əsəb sistemi pozuntularında da təyin olunur. Hind xalq təbabətində bağırsaq qurduna qarşı ananasın yarpaqlarından alınan şirədən istifadə olunur.