Feyxoanın müalicəvi xassələri. Tərkibində üzvi turşular, pektin, C vitamini var. Feyxoada suda həllolan yod birləşmələri vardır. Məhz, buna görə feyxoanın böyük müalicəvi əhəmiyyəti vardır. Təcrübədə müəyyən edilmişdir ki, feyxoa meyvəsindən alınan təzə şirə aterosklerozda, tireotoksikozda və sinqa xəstəliklərinin müalicəsində faydalıdır. Feyxoa endemik ur (zob) xəstəliyində gözəl profilaktiki təsirə malikdir. Çünki yodun miqdarına görə feyxoa bütün meyvələrdən üstündür. Feyxoa yaşlılar, xüsusən aterosklerozdan əziyyət çəkənlər üçün daha faydalıdır. Feyxoa pəhriz qidasında və digər maddələr mübadiləsi xəstəliklərində məsləhət görülən meyvədir.