Kumkvat – Кумкват – Fortunella marqaritae. Sədokimilər (Rutaceae) fəsiləsindəndir. Vətəni cənubi-şərqi Çin və Hindi-Çindir. Ölçüsünə görə sitrus meyvələrinin ən xırdameyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 q olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış sortlarından Nagami və Meibanı göstərmək olar. Tərkibində 14,5% karbohidrat, o cümlədən 10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% minerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir), 38 mq% C vitamini, 0,09 mq% B1, 0,08 mq% B2, 0,21 mq% b-karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir. Qan təzyiqini aşağı salır.
Dostları ilə paylaş: |