İ K İ N C İ H İ S S Ə
YEYİLƏN BİTKİLƏRDƏN MÜALİCƏVİ
MƏQSƏDLƏ İSTİFADƏ OLUNMASI
DƏNLİ VƏ PAXLALI BİTKİLƏR
Dənli və paxlalı bitkilər insanların qidasında əsas yer tutur. Dənli bitkilərdən un və yarma istehsal edilir. Undan çörək-kökə məmulatı, makaron və bir çox kulinar məmulatları hazırlanır. Yarmalardan müxtəlif yarımfabrikatlar istehsal olunur, yarma xörəkləri bişirilir. Dən, yarma və paxlalı bitkilər insan qidasını zülal, nişasta, minerallı maddə və vitaminlərlə zənginləşdirir. Bu məhsullar gündəlik qida rasionunda mühüm əhəmiyyət kəsb edir.
Dənin kobud, sadə üyüdülməsi nəticəsində tərkibində nisbətən çox kəpək olan undan hazırlanan çörək-kökə məmulatı sağlamlıq üçün daha yaxşıdır. Çünki belə çörəkdə mədə-bağırsağın fəaliyyətini nizamlayan bitki lifləri (sellüloza, hemisellüloza) nisbətən çoxdur. Yüksək sort undan hazırlanan çörək-kökə məmulatında isə sellüloza, minerallı maddə və vitaminlər nisbətən azdır. Lakin bu çörəklər pəhriz qidası kimi bəzi mədə-bağırsaq xəstəliklərində əhəmiyyətlidir.
Yarmaların istehsalında dənlər qismən çətin həzm olunan hissədən azad edildiyindən yaxşı mənimsənilir və bu baxımdan, uşaq və pəhriz qidasında istifadə olunur.
Yarma kimi paxlalı-dənli bitkilərdən istifadə olunmasının da böyük əhəmiyyəti vardır. Paxlalı-dənli bitkilər zülali maddələrlə zəngindir və aminturşu tərkibinə görə heyvanat mənşəli məhsullara çox yaxındır. Elmi və xalq təbabətində bəzi çörəkçilik və yarmalıq dənlərdən müalicəvi və dərman almaq məqsədilə istifadə olunur. Dənli bitkilərin meyvə və toxum qılafı, rüşeymi bioloji fəal maddələrlə zəngindir və nadir hallarda tibbdə istifadə olunur.
Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən 3 qrupa ayrılır:
Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 yarımqrupa ayrılır:
Əsas taxıl tipli bitkilərə buğda, çovdar, arpa və vələmir aiddir.
Darıyabənzər tipli taxıl bitkilərinə darı, çəltik və qarğıdalı aiddir.
Qarabaşaq bitkisi.
Paxlalı-dənli bitkilər – noxud, nut, lobya, mərci, lərgə, paxla və soya.
Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur. Çılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Qabıqlı dənli bitkilərə vələmir, arpa, düyü və darı aiddir.
Dənli və paxlalı bitkilərin səciyyəsi əlifba sırası ilə verilir.
Dostları ilə paylaş: |