Qara tut (Xartut) – Шелковица черный (Xaртут) – Morus niqra L. Tut (Moraceae) fəsiləsindəndir. Qara (xartut) tutun vətəni Irandır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartutdan başqa adi qara tut da vardır. Lakin bunların əksəriyyəti dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların yarpaqları barama qurdu üçün qida hesab edilir.
Xartutun saplağı ağaca bərk yapışdığından əl ilə yığılır. Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır, mis qablarda saxlanması qorxuludur, çünki tərkibində üzvu turşu nisbətən çoxdur.
Xartutda dəmir ağ tuta nisbətən çoxdur.
Xartutun meyvələri meyxoş, dadlı və vitaminlidir. Tərkibində 9% şəkər, 1,86% üzvi turşu, 2,03% zülal, 0,36% qeyri-zülali azotlu maddələr, 0,55% pektinli maddələr vardır.
Xartutdan mürəbbə, şirə və jele hazırlanır. Bir qədər kal yığıb qurudur və sumaq əvəzinə işlədirlər. Təzə halda yeyilir.
Dostları ilə paylaş: |