Qreypfrut – Грейпфрут – Citrus paradisi. Sədokimilər (Rutaceae) fəsiləsindəndir. Tərkibində C vitamini, P vitamini aktivliyində maddələr, antosianlar olmaqla bərabər az kalorili olduğundan pəhriz qidası üçün hər gün yeyilməsi məsləhət görülür. Əsasən qırmızı ətlikli qreypfrutlar çox xeyirlidir. Ona görə də qreypfrutlar 2 qrupa bölünür: ətliyi açıq və qırmızı olan qreypfrut. Ətliyi açıq rəngdə olanlardan Duncan, Marsh Seedllss, çəhrayı və qırmızı ətliklilərdən Marsh Pink, Marsh Rose, Ruby Red, Red Blush, Star Ruby və Rio Red göstərilə bilər. Qreypfrutun tərkibində 9,3% karbohidrat, o cümlədən 7,5% şəkər, 0,6% zülal, 0,2% yağ, 1,7% üzvi turşu, 0,5% minerallı maddə (o cümlədən 180 mq% kalium, 10 mq% maqnezium, 0,3 mq% dəmir), 44 mq% C vitamini, 0,2 mq% PP, 0,05 mq% B1, 0,02 mq% B2 və 0,02 mq% b-karotin vardır. 100 q qreypfrut 41 kkal və ya 171 kCoul enerji verir.
Qreypfrut təzə halda yeyilir. Onu bütün qış mövsümündə yaya qədər saxlamaq olar. Ondan konservləşdirilmiş halda, qənnadı sənayesində istifadə edilir. Ondan şirə, mürəbbə və likör hazırlanır.
Dostları ilə paylaş: |